Bakıda dirəkdən yıxılan kişinin onurğası sındı

Bakıda dirəkdən yıxılan kişinin onurğası sındı Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
18 Avqust , 2020 23:10
Bakıda dirəkdən yıxılan kişinin onurğası sındı

Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Goradil kəndində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Namazov Arif Qəşəm oğlu elektrik dirəyində işləyərkən ehtiyatsızlıqdan yerə yıxılıb. A.Namazov hadisə yerində ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən və onurğa sümüyünün sınığı, qarnının küt travması diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi