Bakıda dayısının evindən 40 min manat oğurlayan şəxs tutulub

Hadisə
  • 13 may, 2016
  • 07:41
Bakıda dayısının evindən 40 min manat oğurlayan şəxs tutulub

Bakı. 13 may. REPORT.AZ/ Bakıda qohumunun evindən oğurluq etmiş şəxs tutulub. 

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də Bakı şəhər sakini Atlıxan Məhərrəmlinin mənzilindən 40.000 manat pul oğurlayan qohumu Nilufər Əhmədov tutulub.

Qeyd edək ki, N.Əhmədov A.Məhərrəmlinin bacısı oğludur.