Bakıda məzarları çirkab suları basıb - FOTO

Bakıda məzarları çirkab suları basıb - FOTO Qəbiristanlığın təmizlənməsi istiqamətində işlər aparılır
Hadisə
1190
21 Yanvar , 2015 10:56
Bakıda məzarları çirkab suları basıb - FOTO

Bakı. 21 yanvar. REPORT.AZ/ Sabunçu rayonunun Zabrat qəsəbəsində qəbiristanlığın çirkab suları basmasının səbəbi məlum olub. "Report"un xəbərinə görə, səbəb kanalizasiya sisteminin olmamasıdır.

Ətrafda yaşayan sakinlər qəbiristanlıqda çirkab sularının yığılmaması üçün öz imkanları hesabına üstüaçıq kanalizasiya xəttləri çəksələr də, bunun xeyri olmayıb.

"Azərsu" Səhmdar Cəmiyyətinin Sabunçu rayon idarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Qəbiristanlıqdakı çirkab sularının təmizlənməsi və bu hadisənin təkrarlanmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi