Bakıda boya istehsal edən müəssisənin rəhbərinə qarşı 155 min manatlıq dələduzluq edilib

Bakıda boya istehsal edən müəssisənin rəhbərinə qarşı 155 min manatlıq dələduzluq edilib Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır
Hadisə
31 Dekabr , 2016 09:20
Bakıda boya istehsal edən müəssisənin rəhbərinə qarşı 155 min manatlıq dələduzluq edilib

Bakı. 31 dekabr. REPORT.AZ/ Bakıda boya istehsal edən müəssisənin rəhbərinə qarşı dələduzluq edilib.

"Report"un xəbərinə görə, Xətai rayonu Nobel prospektində yerləşən "Yurd-F" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru 1972-ci il təvəllüdlü Qasımov Mehdi Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edildiyini bildirib.

M.Qasımov qeyd edib ki, 2016-cı il yanvar ayında satış meneceri 1987-ci il təvəllüdlü Səbuhi Atayev 155 382 manat dəyərində boya məhsullarını sataraq pulunu mənimsəyib.

Qeyd edək ki, boya müəssisəsi 1991-ci ilin oktyabrında "YURD" kiçik müəssisəsi kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən "Yurd-F" MMC kimi fəaliyyətini davam etdirir.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi