Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası keçirilir

Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası keçirilir Bakı. 19 noyabr. REPORT.AZ/ “Narkotik vasitələrin qanunsuz dövriyyəsi problemi ilə əlaqədar ölkə Prezidenti indiyə qədər 15 fərman və 54 sərəncam imzalayıb, Milli Məclis isə 36 qanun qəbul edib”.
Hadisə
19 Noyabr , 2018 10:41
Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası keçirilir
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 19 noyabr. REPORT.AZ/ “Narkotik vasitələrin qanunsuz dövriyyəsi problemi ilə əlaqədar ölkə Prezidenti indiyə qədər 15 fərman və 54 sərəncam imzalayıb, Milli Məclis isə 36 qanun qəbul edib”.

"Report" xəbər verir ki, bunu BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyasında çıxış edən Baş nazirin müavini Əli Həsənov deyib.

Onun sözlərinə görə, sessiyaya ümumilikdə, 27 ölkənin nümayəndəsi dəvət olunub və hər biri burada iştirak edir.

“Azərbaycan hökuməti də bu təcbirdə çox yüksək səviyyədə təmsil olunur. Bu, Prezident İlham Əliyevin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı münasibətini göstərir. Məlumat üçün deyim ki, alt komissiyanın 40-cı sessiyası da 2005-ci ildə Azərbaycanda keçirilib”.

Son xəbərlər

Orphus sistemi