Bakıda bir mənzili bir neçə adama satan şəxs məhkəməyə müraciət edib

Bakıda bir mənzili bir neçə adama satan şəxs məhkəməyə müraciət edib İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq
Hadisə
22 Aprel , 2017 14:19
Bakıda bir mənzili bir neçə adama satan şəxs məhkəməyə müraciət edib

Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Qasım Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 24-nə təyin edilib.

İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, Q.Hüseynov Bakıda yerləşən tikinti şirkətlərindən birinin rəhbəri ilə qohum olduğunu əsas gətirərək vətəndaşları mənzillə təmin edəcəyini deyib. O, bu yolla paytaxt sakinlərinin etibarından sui-istifadə edərək onlara qarşı ümumilikdə 240 min manatdan çox dələduzluq edib. Q.Hüseynov bir mənzili bir neçə şəxsə satmaqda təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 32.4, 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi