Bakıda baş verən qəzada Türkiyə vətəndaşı ağır xəsarət alıb

Bakıda baş verən qəzada Türkiyə vətəndaşı ağır xəsarət alıb Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib
Hadisə
22 Avqust , 2017 07:44
Bakıda baş verən qəzada Türkiyə vətəndaşı ağır xəsarət alıb

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda baş verən qəza zamanı Türkiyə vətəndaşı ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, "Elite" ticarət mərkəzinin qarşısında 1995-ci il təvəllüdlü Karakaya İbrahim Mehmet oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyib. Lakin bu zaman "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə motosikletin sürücüsü kəllə-beyin travması alıb. 

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi