Bakıda barda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Bakıda barda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib
Hadisə
29 Avqust , 2017 12:09
Bakıda barda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Xəyyam Paşayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə gəlməyən üç şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb, həmin məktublara da cavab gəldiyi elan olunub.

Hakim bildirib ki, Gəncə Şəhər Polis Şöbəsinin sahə müvəkkili məhkəmə ilə əlaqə saxlayıb: "O qeyd edib ki, Gəncədən olan həmin şahidin cibinə pul da qoyub, Bakıya yola salıb. Lakin o, məhkəməyə gəlmədi. Hazırda şahidə zəng çatmır, telefonu söndürülüb".

Məhkəmədə üç şahidin istintaqa verdiyi ifadəsi elan olunmuş kimi qəbul edilib. 

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.

Qeyd edək ki, 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barında baş verib. Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Qurbanov Ceyhun Rüstəm oğlu həmin barda 1984-cü il təvəllüdlü Paşayev Xəyyam Təyyar oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Daha sonra X.Paşayev hadisə yerindən qaçıb.

O, hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

İlkin araşdırma zamanı məlum olub ki, cinayət saat 05:30 radələrində törədilib. Həmin vaxt barda olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra X.Paşayev barı tərk edib və daha sonra bıçaqla qayıdaraq 25 yaşlı C.Qurbanova bir zərbə endirib. Ürəyindən ağır xəsarət alan C.Qurbanov təcili tibbi yardım stansiyasında vəfat edib.

Xatırladaq ki, C.Qurbanovun digər qardaşı ötən il yol qəzasında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi