Yuxarı

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Elşad Davudovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayıb. Nəticədə xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib. Hadisəni törədən E.Davudov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi