Bakıda avtoyuma məntəqəsi yanıb

Bakıda avtoyuma məntəqəsi yanıb Zahid Xəlilov küçəsində avtoyuma məntəqəsinə bitişik istirahət otağı yanıb
Hadisə
7 İyul , 2017 00:44
Bakıda avtoyuma məntəqəsi yanıb
"Report"

Bakı. 7 iyul. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Zahid Xəlilov küçəsində avtoyuma məntəqəsinə bitişik istirahət otağı yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Lakin avtoyuma məntəqəsinə maddi zərər dəyib. O cümlədən kondisioner, məntəqə işçilərinin ləvazimatları yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi