Bakıda avtomobillə vurulan yeniyetmə ağır xəsarət alıb

Hadisə
  • 21 avqust, 2022
  • 04:23
Bakıda avtomobillə vurulan yeniyetmə ağır xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində avtomobil yolu keçən 2009-cu il təvəllüdlü Xıdırov Rəhman Həbib oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

44 filmi