Bakıda avtomobillə qadını vuraraq öldürən sürücü saxlanılıb

Bakıda avtomobillə qadını vuraraq öldürən sürücü saxlanılıb Bakıda avtomobillə qadını vuraraq öldürən sürücü saxlanılıb.
Hadisə
19 oktyabr 2022 06:19
Bakıda avtomobillə qadını vuraraq öldürən sürücü saxlanılıb

Bakıda avtomobillə qadını vuraraq öldürən sürücü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-sı saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb.

Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Vahid Mahmudov saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi