Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb

Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb Bakıda yol-nəqliyyat hadisəsi olub.
Hadisə
22 Noyabr , 2021 12:33
Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb
0 : 00
0 : 00

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 20-si saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini F.Həsənov vurulub.

Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi