Bakıda xəstəxananın həyətində avtomobilin üzərinə ağac düşdü - FOTO - VİDEO

Bakıda xəstəxananın həyətində avtomobilin üzərinə ağac düşdü - FOTO - VİDEO Bakı şəhəri, Nəsimi rayon ərazisində nəqliyyat vasitəsinin üzərinə ağac aşıb.
Hadisə
4 Fevral , 2020 16:22
Bakıda xəstəxananın həyətində avtomobilin üzərinə ağac düşdü - FOTO - VİDEO

Bakı şəhəri, Nəsimi rayon ərazisində nəqliyyat vasitəsinin üzərinə ağac aşıb.

"Report" xəbər verir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasına ("Semaşko") məxsus olan ərazidə ağac qırılıb və Elnur Bəylərovun park etdiyi BMV markalı 99-RG-932 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilin üzərinə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Daha sonra E.Bəylərov hadisə ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə və Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məlumat verib.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi