Bakıda avtomobildən qadın kürkü oğurlayan şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda avtomobildən qadın kürkü oğurlayan şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
14 İyun , 2017 15:07
Bakıda avtomobildən qadın kürkü oğurlayan şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən Ağayar Xıdırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Xıdırov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il fevralın 4-də Bakı şəhərində baş verib. A.Xıdırov paytaxt sakini Sevinc Əkbərovanın “Hyundai” markalı avtomobilindən soyğunçuluq yolu ilə 2 ədəd kürk aparıb. 

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakıl şəhər sakini, əvvəllər məhkum olunmuş A.Xıdırov tutulub.

Son xəbərlər

Orphus sistemi