Bakıda avtomobildən 3 min manat pul oğurlandı

Bakıda avtomobildən 3 min manat pul oğurlandı Bakıda avtoyuma məntəqəsində oğurluq hadisəsi baş verib.
Hadisə
30 İyul , 2020 09:26
Bakıda avtomobildən 3 min manat pul oğurlandı

Bakıda avtoyuma məntəqəsində oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə iyulun 10-u gecə saatlarında Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs “Toyota” markalı avtomobildən 3 min manat pul oğurlayıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1983-cü il təvəllüdlü Ramin İmanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi