Yuxarı

​Bakıda avtomobildən 26 min manat oğurlayan şəxslər həbs edilib

Bərdə rayon sakini Nail Qaraşov və Bakı şəhər sakini Musa Abasəliyev tutulub

Bakı. 30 aprel. REPORT.AZ/ Bakıda avtomobildən 26116 manat pul oğurlayan şəxslər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsinin (PB) və Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Allahverdi Zamanova məxsus “Fiat” markalı avtomobildən 26116 manat pul oğurlayan Bərdə rayon sakini Nail Qaraşov və Bakı şəhər sakini Musa Abasəliyev tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi