Bakıda avtomobildə meyit aşkarlanıb

Bakıda avtomobildə meyit aşkarlanıb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. “Report” FHN-
Hadisə
23 İyul , 2020 08:18
Bakıda avtomobildə meyit aşkarlanıb

Bakının Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilində meyit aşkarlanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. 

Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü İqor Tasayeviçin meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi