Bakı. 6 dekabr. REPORT.AZ/ Bakıda maşın oğrusu saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsi, 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Bakı şəhər sakini Afiq Novruzova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmağa cəhd göstərmiş paytaxt sakini, əvvəllər məhkum olunan Samir Məmmədov tutulub. Əməliyyat tədbirləri nəticəsində onu Türkiyə vətəndaşı Cəfər Özsözə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmağa cəhd göstərməsi, habelə cari ilin fevral-mart ayları ərzində müxtəlif vaxtlarda Dmitriy Fukalova, Elmas Məmmədova, Səhrab Hüseynova və Ramin Aslanova məxsus “VAZ” markalı avtomobilləri qaçırması da müəyyən edilib.
Onun başqa bu kimi oğurluqlarda iştirak edib-etmədiyi araşdırılır.