Bakıda avtomobil marketə çırpılıb, xəsarət alanlar var

Bakıda avtomobil marketə çırpılıb, xəsarət alanlar var Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 May , 2019 23:33
Bakıda avtomobil marketə çırpılıb, xəsarət alanlar var
"Report"

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, sürücü, 1961-ci il təvəllüdlü Qurbanov Ziyafət Yaqub oğlunun idarə etdiyi avtomobil hərbi şəhərcik ərazisində marketə çırpılıb.

Hadisə nəticəsində iki nəfər – 1970-ci il təvəllüdlü Nəsirov Müşfiq Saməddin oğlu (qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi – red ) və sürücü - Qurbanov Ziyafət Yaqub oğlu (qapalı kəllə-beyin travması -red) xəsarətləri alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Peyman Əlizadə

Son xəbərlər

Orphus sistemi