Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 İyul , 2021 00:42
Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Pirşağı qəsəbəsində minik avtomobilinin sürücüsü İsgəndərov German Tərlan oğlu qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı sürücü xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı G.İskəndərova sol ayağın sınığı və müxtəlif dərəcəli xəsarətlər diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi