Bakıda avtomobil azyaşlı qızı vurub

Bakıda avtomobil azyaşlı qızı vurub Hadisə Suraxanı rayonunda baş verib
Hadisə
17 Oktyabr , 2016 10:22
Bakıda avtomobil azyaşlı qızı vurub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda naməlum avtomobil məktəbli qızı vurub.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi 11 yaşlı Ağalarova Nəzrin Cəlal qızının yaşadığı evin yaxınlığında baş verib. Onu qonşuları xəstəxanaya çatdırıb.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, N.Ağalarova 65 nömrəli orta məktəbin şagirdidir.

Son xəbərlər

Orphus sistemi