Bakıda avtomobil 70 yaşlı qocanı vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 08 aprel, 2022
  • 01:13
Bakıda avtomobil 70 yaşlı qocanı vuraraq ağır xəsarət yetirib

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Qara Qarayev prospektində avtomobil yolu keçən 1952-ci il təvəllüdlü Vəliyeva Altun Murad qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma, qabırğaların sınığı və bədəninin çoxsaylı əziyi diaqnozları qoyulub.

A.Vəliyevanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.