Bakıda avtomobil 22 yaşlı oğlanı vurub, sürücü qaçıb

Bakıda avtomobil 22 yaşlı oğlanı vurub, sürücü qaçıb Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları naməlum markalı avtomobilin sürücüsünün kimliyini araşdırır
Hadisə
21 Noyabr , 2016 17:10
Bakıda avtomobil 22 yaşlı oğlanı vurub, sürücü qaçıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda 22 yaşlı oğlanı avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "Ülvi şadlıq evi"nin yaxınlığında qeydə alınıb.

Belə ki, 1994-cü il təvvəllüdlü Eyyubov Əhməd Əmiraslan oğlu dostları ilə birgə kafedən çıxdıqdan sonra evinə getmək istəyib. Bu zaman Ə.Eyyubovu naməlum markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan Ə.Eyyubov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları naməlum markalı avtomobilin sürücüsünün kimliyini araşdırır.

Son xəbərlər

Orphus sistemi