Bakıda atasını bıçaqlayan 20 yaşlı gənc tutulub

Bakıda atasını bıçaqlayan 20 yaşlı gənc tutulub Atasını sərxoşluq zəminində bıçaqlayıb
Hadisə
26 Fevral , 2015 11:56
Bakıda atasını bıçaqlayan 20 yaşlı gənc tutulub

Bakı. 26 fevral. REPORT.AZ/  Bakıda 57 yaşlı atasını biçaqlamaqda şübhəli bilinən 20 yaşlı oğul tutulub. "Report" Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 25-də saat 19 radələrində Y.Mürsəlov küçəsində sərxoşluq zəminində atası, 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqova bıçaqla ağır bədən xasarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məlik Elman oğlu Sadıqov tutulub.

Son xəbərlər

Orphus sistemi