Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Nicat Muradov, İlkin Kərimov və xuliqanlıqda ittiham edilən Sahil Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
26 Dekabr , 2018 15:46
Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Nicat Muradov, İlkin Kərimov və xuliqanlıqda ittiham edilən Sahil Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Muradov və İ.Kərimovun ittiham olunduğu qəsdən adam öldürmə (29,120.2.1) maddəsi qəsdən sağlamlığa zərər vurma (126.1) maddəsinə tövsif olunub. Hökmə əsasən, N.Muradov 5 il, İ.Kərimov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xuliqanlıqda təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən S.Əzizova isə şərti cəza verilib.

Qeyd edək ki, martın 28-i saat 23 radələrində Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məhəmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Saatlı rayon sakini S.Əzizov, Cəlilabad rayon sakinləri N.Muradov və İ.Kərimov olduqları müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi