Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağısını alan şəxslərin ibtidai istintaqı yekunlaşıb

Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağısını alan şəxslərin ibtidai istintaqı yekunlaşıb Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib
Hadisə
18 Dekabr , 2018 11:03
Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağısını alan şəxslərin ibtidai istintaqı yekunlaşıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakıda 76 yaşlı qadını döyərək 2000 manatlıq qızıl boyunbağısını ələ keçirən Abşeron rayon sakinləri İlkin MəlikovKamran Gəncimaliyevin cinayət işinin ibtidai istintaq yekunlaşıb.

"Report"un məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bu ilin sentyabrın 20-də Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadın Solmaz Fətullayevanın başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, dostu K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

Son xəbərlər

Orphus sistemi