Nizamidə 67 yaşlı qadın yol qəzasında ağır xəsarət aldı

Nizamidə 67 yaşlı qadın yol qəzasında ağır xəsarət aldı ​​​​​​​Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
27 Fevral , 2021 07:20
Nizamidə 67 yaşlı qadın yol qəzasında ağır xəsarət aldı
Foto: "Report"

Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Abbasova Gülnisə Əbdüləli qızını Qara Qarayev metrosunun yaxınlığında avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının əziyi diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi