Bakıda 60 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 01 iyun, 2022
  • 02:28
Bakıda 60 yaşlı qadını avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Yolu keçən 1962-ci il təvəllüdlü Süleymanova Nailə Eyyub qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.