Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, hadisə dekabrın 9-da paytaxtın Xəzər rayonu, Mərdəkan-Buzovna şossesində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eynulla Həmzəyevin idarə etdiyi “Qaz-3110” markalı avtomobillə piyada keçidi olmayan yerdən yolu keçən Astara rayon sakini, 1966-cı il təvəllüdlü Əşrəf Tağıyevi vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.