Bakıda 47 yaşlı qadın qəflətən ölüb

Bakıda 47 yaşlı qadın qəflətən ölüb Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
15 Mart , 2016 11:09
Bakıda 47 yaşlı qadın qəflətən ölüb

Bakı. 15 mart. REPORT.AZ/ Qaradağ rayonunda ölüm hadisəsi baş verib.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Müşviqabad qəsəbəsində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Almuradova Leyla Xasay qızı yaşadığı evin hamamının girişində qəflətən dünyası dəyişib. Hadisədən sonra mərhumun meyiti ekspertizaya göndərilib.

L.Almuradovanın yaxınları 47 yaşlı qadının ürək tutmasından dünyasını dəyişdiyini bildirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi