Bakıda 47 yaşlı kişini avtomobil vurdu

Bakıda 47 yaşlı kişini avtomobil vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
13 May , 2021 01:12
Bakıda 47 yaşlı kişini avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Kürdəxanı qəsəbəsində 1974-cü il təvəllüdlü Rəhman Loğmanov yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi