Bakıda 45 yaşlı kişi intihar edib

Hadisə
  • 30 mart, 2017
  • 05:20
Bakıda 45 yaşlı kişi intihar edib

Bakı. 30 mart. REPORT.AZ/ Bakıda 45 yaşlı kişi mənzilində intihar edib.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Qutqaşınlı küçəsi, ev 1-dəki mənzillərdən birində yaşayan 1972-ci il təvəllüdlü Axundov Rizvan Qorxmaz oğlu özünü qonaq otağında tavandan iplə asaraq intihar edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.