Bakıda 39 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 13 aprel, 2022
  • 02:57
Bakıda 39 yaşlı kişini avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Seymur Adil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.