Bakıda 39 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb

Hadisə
  • 15 aprel, 2023
  • 01:44
Bakıda 39 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb

Bakının Nizami rayonunda 39 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Şıxəliyev Nizami Zeynal oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq və oturaq sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

44 - Tezliklə