Bakıda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Hacıyev Vüsal Cəlil oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.