Bakıda orta yaşlı kişi özünə bıçaq xəsarəti yetirib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Ramana qəsəbəsində 1985-ci il təvəllüdlü Səmədov Zaur Nəriman oğlu özünə bıçaqla xəsarətlər yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.