Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
- 05 avqust, 2023
- 19:15
Xəbər verildiyi kimi avqustun 5-i saat 19 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən evlərdən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Bu barədə "Report"a Nərimanov rayon prokurorluğundan məlumat verilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb
İbtidai istintaq davam etdirilir.
19:58
Avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Bu barədə "Report"a Nərimanov rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.