Bakıda 34 yaşlı kişi boğazından bıçaq xəsarəti alıb

Hadisə
  • 10 yanvar, 2020
  • 19:38
Bakıda 34 yaşlı kişi boğazından bıçaq xəsarəti alıb

Bakıda xəsarətlə nəticələnən hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Rüstəmov Tural Rafiq oğlu naməlum şəraitdə bıçaqla boğazını kəsib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boğazın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.