Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1990-cı il təvəllüdlü Cəfərov Nicat Akif oğlu yaşadığı evin qarşısında bıçaqlanıb.
Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarı və kürək nahiyəsindən 2 yerdə kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.