Bakıda 31 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq intihar edib

Bakıda 31 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq intihar edib Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb
Hadisə
30 Yanvar , 2018 07:22
Bakıda 31 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq intihar edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Vəliyev Nicat Rəfael oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

N.Vəliyev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Son xəbərlər

Orphus sistemi