Bakıda 3 otaqlı ev yanıb, 1 nəfər zəhərlənib

Bakıda 3 otaqlı ev yanıb, 1 nəfər zəhərlənib Hadisə Suraxanı rayonunda qeydə alınıb
Hadisə
12 Dekabr , 2015 22:54
Bakıda 3 otaqlı ev yanıb, 1 nəfər zəhərlənib

Bakı. 12 dekabr. REPORT.AZ/ Paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilib, 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi