Üç avtomobilin toqquşması nəticəsində yaralanan qadın sürücü ölüb - VİDEO - YENİLƏNİB

Üç avtomobilin toqquşması nəticəsində yaralanan qadın sürücü ölüb - VİDEO - YENİLƏNİB Qəzanın səbəbləri araşdırılır
Hadisə
1 İyun , 2017 12:09
Üç avtomobilin toqquşması nəticəsində yaralanan qadın sürücü ölüb - VİDEO - YENİLƏNİB

Bakı. 1 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) mayın 31-də Bakıda, Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi "Toyota" markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi "Hyundai" və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı avtomobillərlə toqquşub. Nəticədə A.Quliyeva, Ş.Ələsgərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, xanım sürücü orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ilk xəbər 31 may, saat 18:19-da dərc olunub

Bakı. 31 may. REPORT.AZ/ Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospektində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı “Toyota” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman eyni istiqamətdə hərəkət edən “Volkswagen” markalı avtomobilə çırpılıb. Sonuncu avtomobil yolun əks tərəfi ilə hərəkət edən “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alıb.

Şahidlərin dediyinə görə, hadisədən sonra sürücülər arasında əlbəyaxa dava olub. Nəticədə 26 yaşlı Hüseynov Turab Mehdi oğlu döyülüb.

Yaralıların hamısı xəstəxanalara yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi