Bakıda 28 yaşlı oğlan intihar edib

Bakıda 28 yaşlı oğlan intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
7 İyun , 2017 09:15
Bakıda 28 yaşlı oğlan intihar edib

Bakı. 7 iyun. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun İlham Hacıyev küçəsi 24 ünvanında yerləşən fərdi evdə qeydə alınıb.

Belə ki, Binəqədi rayon sakini 1989-cu il təvəllüdlü Elvin Etibar oğlu Osmanov yaşadığı evin talvarından iplə özünü asıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi