Bakıda 28 yaşlı kişi iki nəfərə qarşı dələduzluq edib

Bakıda 28 yaşlı kişi iki nəfərə qarşı dələduzluq edib Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Fevral , 2017 15:10
Bakıda 28 yaşlı kişi iki nəfərə qarşı dələduzluq edib

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda iki nəfərə qarşı dələduzluq edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Bakı şəhər sakinləri 1987-ci il təvəllüdlü Arif Məmmədov və 1979-cu il təvəllüdlü Samirə Adıgözəlova hüquq-mühafizə orqanlarına müraciət edib.

Şikayətçilər bildirib ki, 2016-cı ilin avqust ayında 1989-cu il təvəllüdlü Nazim Qənbərov onları aldadaraq iş qurmaq adı ilə A.Məmmədovdan 71 min ABŞ dolları, S.Adıgözəlovadan isə 26 min manat dəyərində qızıl-zinət əşyaları alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi