Bakıda 26 yaşlı gənc motosikletlə qəza törədib

Hadisə
  • 03 fevral, 2023
  • 02:48
Bakıda 26 yaşlı gənc motosikletlə qəza törədib

Bakının Sabunçu rayonunda 26 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1997-ci il təvəllüdlü Nuriyev Məftun Məzahir oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

44 - Tezliklə