Bakıda 22 yaşlı fəhlə binadan yıxılaraq ölüb
Hadisə
- 17 noyabr, 2016
- 08:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda 22 yaşlı oğlan binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu Alı Mustafayev küçəsi 3 ünvanında yerləşən yeni tikilidə baş verib.
Belə ki, Saatlı rayon sakini 1994-cü il təvvəllüdlü Azad Abbasov ehtiyatsızlıqdan fəhlə kimi çalışdığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Kəllə-beyin travması və bədən xəsarətləri alan A.Abbasov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
22:19
Foto
UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununda hesab açılıb - Yenilənir
Futbol
22:11
ABŞ SpaceX-ə 1 milyonadək orbital data mərkəzi peyki yerləşdirməyə icazə verib
Digər ölkələr
21:52
Aİ Rusiya aktivlərini ən azı 35 il ərzində blokdan çıxarmağı planlaşdırmır
Digər ölkələr
21:42
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət siyasəti
21:35
Foto
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb - Yenilənib-2
Xarici siyasət
21:32
Naxçıvanın büdcəsi haqqında qanun Ali Məclisdə birinci oxunuşda qəbul edilib
Maliyyə
21:16
Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib
Digər ölkələr
21:02
Fransa Senatı pensiyaçılar üçün vergi güzəştinin ləğvindən imtina edib
Digər ölkələr
20:52
Todd Boulinin konsorsiumu "Lukoyl"un xarici aktivlərinin satın alınması barədə saziş imzalayıb
Digər ölkələr