Bakıda 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan alverçinin məhkəməsi başlayıb

Bakıda 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan alverçinin məhkəməsi başlayıb Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borca görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
5 Noyabr , 2018 13:23
Bakıda 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan alverçinin məhkəməsi başlayıb
Report

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borca görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, İ.Hümbətov Bakıda 3-cü mikrorayon ərazisində yerləşən bazarda meyvə-tərəvəz alveri ilə məşğul olur.

Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib.

İttiham aktına əsasən, İ.Hümbətov xaricdən meyvə-tərəvəz gətirməklə məşğul olan əmisi oğlu Vasif Hümbətova 30 min dollar borc verib. V.Hümbətov İ.Hümbətova biznesini genişləndirmək üçün pul lazım olduğunu, qarşılığında da ona əlavə gəlir verəcəyini bildirib. Daha sonra İ.Hümbətov qayınatası Adəm Hüseynovdan 30 min dollar alaraq əmisi oğluna verib. Bir qədər keçəndən sonra V.Hümbətov işlərinin yaxşı getmədiyini deyib və borcu qaytarmayıb.

İ.Hümbətov özünün "Ford Tranzit" avtomobilini 6 min manata satıb, həyat yoldaşının qızıllarını lombarda qoyaraq 3700 manat götürüb. Həmin pulları qayınatasına qaytarıb.

Daha sonra V.Hümbətov ona 10 min dollar qaytarıb. Qalan 20 min dollar üçün isə hər dəfə bəhanə uyduraraq gecikdirib.

Aralarında mübahisə yarananda isə İ.Hümbətov əmisi oğlunun kürəyindən 3 bıçaq zərbəsi vurub. Daha sonra taksi çağıraraq onu xəstəxanaya aparıb. Həkimlərin müdaxiləsi nəticəsində V.Hümbətovun həyatını xilas etmək mümkün olub.

Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan İ.Hümbətovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində polisin nəzərətinə verilmə qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi