Bakıda 2 kiloqramdan çox heroin satmaq istəyən keçmiş məhkum saxlanılıb

Bakıda 2 kiloqramdan çox heroin satmaq istəyən keçmiş məhkum saxlanılıb Bakı. 30 mart. REPORT.AZ/ Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Hadisə
30 Mart , 2018 10:50
Bakıda 2 kiloqramdan çox heroin satmaq istəyən keçmiş məhkum saxlanılıb

Bakı. 30 mart. REPORT.AZ/ Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsmayılovun külli miqdarda narkotik maddə olan heroin satmaq istəməsi barədə məlumat daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 2 kiloqram 200 qram heroini 11000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

R.İsmayılov ifadəsində heroini Biləsuvar rayonunda tanımadığı İran vətəndaşından aldığını və satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Orphus sistemi