Bakıda 10100 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar satışdan çıxarılıb

Bakıda 10100 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar satışdan çıxarılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Dekabr , 2016 12:51
Bakıda 10100 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar satışdan çıxarılıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda 10100 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqların satışının qarşısı alınıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Qaradağ və Xətai rayonu ərazilərində səyyar ticarətlə məşğul olan Xəlil Həsənovdan və Zemfira Əliyevadan ümumilikdə 10100 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi